
"Həci"lərin pulu ilə harınlayan birisi... - Şeyx Əbdül Vəfanı biabır etdi
Təbii ki, Vəfa Şərifovanın bu çıxışı sosial şəbəkələrdə ciddi tənqidlərə və iradlara yol açıb. Sosial şəbəkə istifadəçiləri insanların çətin sosial durumda olduğu bir vaxtda efirdən belə fikirlərin səsləndirilməsini qəbul etməyiblər. Üstəlik, belə çıxışların gənc nəslin tərbiyəsinə və dünya görüşünə mənfi təsir göstərdiyini bildiriblər.
Kanal.az xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Əbdül Mahmudovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, sənəti və səsi olmayan Vəfakimilərin bu cür hərəkətləri başa düşüləndir:
"Çünki, onlar yaradıcılıqları ilə deyil, ucuz və düşük reklamları ilə gündəmdə qalmaq istəyirlər. Mən Vəfa Şərifova adlı sənətçi tanımıram. Çünki, bayağı mahnılara qulaq asmıram. Amma o belə bir fikir səsləndiribsə, Azərbaycan xalqını təhqir edib. "Həci"lərin və bir də toy sahiblərinin pulu ilə harınlayan birisinin belə söz deməsi bağışlanılmazdır".
Xalq artisti fikrini inkişaf etdirərək onu da dedi ki, günah Vəfa Şərifovada deyil:
"Günah onu efirə buraxandadır. Nə yazıq ki, bu gün televiziyaların qapısı karvansara qapısına dönüb. Kim istəyir pulunu verib efirə çıxıb özünün döşünü başını, atını-itini, avtomobilini reklam edir. Televiziyaların nə efir siyasəti var, nədə ki, onlara "dur"deyən. Kim nə istəyir efirdən üfürür. Son nəticədə günah Azərbaycan xalqındadır. Xalq bu cür həssas məslələrə konkret və kəsərli münasibət bildirməli, həmin müğənnini və yaxud televiziyanı baykot etməlidir".
- Şou biznes
- 24 Fevral 2023