Həbsdən sonra ilk dəfə efirə çıxan Rəqsanə göz yaşlarını saxlaya bilmədi – VİDEO

  • Şou biznes
  • 05 Dekabr 2025
6932ace73ccce202512255903

Müğənni Rəqsanə İsmayılova azadlığa çıxdıqdan sonra ilk dəfə televiziyaya çıxıb.

Kanal.az xəbər verir ki, sənətçi “Tarixin bir günü” verilişinin qonağı olub. O, efir zamanı çətin günlərdən keçdiyini bildirərək göz yaşlarını saxlaya bilməyib:

“Bütün bu müddətdə məni düşünən, mənim üçün narahat olan hər kəsə ürəkdən təşəkkür edirəm. Haqqınızı mənə halal edin. Allah böyükdür. Mən bir Azərbaycan qadınıyam və 4 övladım var. Çox ağır bir dövr yaşadım. İndi düşünürəm ki, hər şeyi geridə qoyub uşaqlarımın yanında olmalıyam — bu, mənim üçün ən vacibidir. İlk dəfə səhnəyə çıxanda necə həyəcanlanmışdımsa, indi də eyni hissləri yaşayıram. Bu həyatda insan hər şeylə qarşılaşa bilər”.

Qeyd edək ki, Rəqsanə İsmayılova bu ilin avqust ayında dələduzluqda ittiham olunaraq həbs edilmişdi. Noyabrın 19-da onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Oxşar xəbərlər