Hazırlığa getmədən 637 bal yığdı - Hüquqşünas olacaq - FOTO

  • Gündəm
  • 23 Avqust 2025
68aa08ce70caa202508253038
Samux rayon sakini heç bir repetitor hazırlığına getmədən qəbul imtahanlarında yüksək nəticə göstərib.
Kanal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbul imtahanlarına özü sərbəst hazırlaşaraq 637 bal toplayıb.
Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu olan abituriyent Bakı Dövlət Universitetinin (dövlət sifarişi əsasında) Hüquq fakültəsinə qəbul olub. /bizim.media

Oxşar xəbərlər