Hazır olun, Azərbaycan “Zəngəzur dəhlizi”ni açır - Paşinyan İstanbulda ermənilərə çağırış etdi

  • Dünya
  • 21 İyun 2025
6856b4a439cd4202506253324

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, “Dünyanın kəsişməsi” layihəsi bu marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib.

Kanal.az Publika.az-a istinadən xəbər verir ki, o, İstanbulun erməni icması ilə görüşündə “Zəngəzur dəhlizi” və ya “Turan dəhlizi” ilə bağlı çaxnaşma salmamağa, manipulyasiyalara boyun əyməməyə çağırıb.

"Bizim məntiqimizi, hədəflərinin "Turan" olduğunu deyən, həyəcan təbili çalan ermənilərin məntiqini başa düşə bilmirəm. Amma gəlin başa düşək, nə istəyirlər. Onlar Ermənistanın ərazisindən keçmək istəyirlər? Yaxşı, keçsinlər. Bu pisdir? Biz özümüz bunu "Dünyanın kəsişməsi" layihəsi kimi təklif edirik. Bizə deyirlər ki, şimala, cənuba, şərqə getmək istəyirik. Biz də onlara deyirik ki, gedin. 21-ci əsrdə sərhədləri bağlı olan bir ölkə təsəvvür edin?”, -Ermənistanın baş naziri bildirib.

Eyni zamanda, Paşinyan təkrar edib ki, “Zəngəzur dəhlizi” olmayacaq, “Sülh yollarının kəsişməsi” olacaq.

Onun sözlərinə görə, bu, marşrutların qarşılıqlı hörmət, suverenlik və ölkələrin yurisdiksiyası əsasında fəaliyyət göstərməsi deməkdir.

Baş nazir eyni zamanda, “Sülh yollarının kəsişməsi”nin açılacağı təqdirdə Azərbaycanın bunu “Zəngəzur dəhlizi”nin açılışı kimi şərh edəcəyinə hazır olmağa çağırıb.

Oxşar xəbərlər