Havanın temperaturu kəskin dəyişəcək - Xəbərdarlıq

  • Ekologiya
  • 05 Avqust 2025
6892585457bde202508251532

Avqustun 9-dan etibarən havanın temperaturu enəcək.

Kanal.az bildirir ki, bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun bildirdiyinə görə, hazırda ölkə ərazisində isti hava müşahidə olunur:

“Bu gün və sabah Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim külək əsəcək, havanın temperatoru maksimum 35-40 dərəcə isti olacaq. Bəzi bölgələrdə isə gündüz saatlarında arabir qısa müddətli az yağış yağacaq, şimşək çaxacaq”.

Gülşad Məmmədova qeyd edib ki,  avqustun 9-dan etibarən şimal küləklərinin güclənəcəyi gözlənilir. Bu da istilik effektini bir qədər azaldacaq.

Oxşar xəbərlər