Hava kəskin dəyişir: Əhaliyə xəbərdarlıq!
Ölkə
08.06.2021 13:42
1723

Hava kəskin dəyişir: Əhaliyə xəbərdarlıq!

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Kanal.az azsabah.com-a istinadən xəbər verir ki, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

hava məlumatı
sabah hava
hava necə olacaq
hava proqnozu
hava
Loading...
Loading...