66581223570b2202405244403

Hansı bürc hansı musiqi janrına üstünlük verir?

Astroloqların fikrincə bürclər insanların musiqi zövqünə təsir edir.


Milli.Az baku.ws-ə istinadən bildirir ki, bununla bağlı araşdırmanı təqdim edir.Oğlaq ən musiqili bürc olub - bu bürcün nümayəndələrinin 94%-i musiqi dinləməyi xoşlayır. Oğlaqlar daha çox rəqs musiqisini sevirlər (73%). İkinci yerdə Əqrəbdir. Bu bürcün nümayəndələrinin 87%-i mütəmadi olaraq musiqi dinləyir, 77%-i isə rus və xarici roklara üstünlük verir. İlk üçlüyü ən çox pop (67%) və rus repini (64%) bəyənən şirlər qapayır.


Xərçənglər musiqi dinləməkdə dördüncü yeri tutublar və bu bürcün nümayəndələrinin sevimli janrları elektronika (16%), rus və xarici rokdur (17%). Eyni zamanda yolda və ev işlərində musiqi ilə vaxt keçirən Buğalar xarici və rus roklarına daha çox meyl edirlər.


Əkizlər ən çox işgüzar səfərdə musiqiyə qərq olurlar. Rus və xarici rep və rus rokuna üstünlük verirlər. Qız bürcləri də öz növbəsində gəzərkən və işdə rus roku və xarici rok ilə əylənirlər.


Üstəlik, Dolçaların yarıdan çoxu da özlərini musiqisevər hesab edirlər. Oxatanlar səyahət edərkən və ya ev işləri görərkən popa qulaq asmağı sevirlər. Qoçların təxminən üçdə biri yolda musiqi dinləməyi xoşlayır.


Tərəzi bürcünün nümayəndələri arasında yarıdan çoxu (52%) musiqi dinləyir. Onlar rus və xarici repə üstünlük verirlər.


Balıqlar bütün bürclər arasında ən aşağı göstəriciyə sahibdir - yalnız 35% müntəzəm olaraq musiqilərdən zövq alır.


Milli.Az