hacı nuran

Hacı Nuran evlənir - FOTOLAR

Aparıcı Nuran Hüseynov (Hacı Nuran) ailə həyatı qurur. 

Kanal.az xəbər verir ki, bu barədə aparıcı sosial mediada məlumat verərərk bu sözləri yazıb: "* ... 28.01.2022 xoşbəxtlik hamının haqqıdır. Eləcə də mənim. Ömrümün 45-ci ilində əlimə bu gülü aldığım zaman içimdən qəribə bir hiss keçdi. Dünyada ən gözəl xoşbəxtlik sevib-sevilməkdir. Xoşbəxt o kəsdir ki, sevdiyi xanımla dünya evinə girir. Həyatda məncə bundan böyük xoşbəxtlik yoxdur. Ona görə də mənim əzizlərim. Sevin-sevilin. Həyat o qədər qısadır ki, onu sevdiklərinizlə mənalı edin. Elə indicə, bir dəstə gül alıb o gözəlin görüşünə gedin. Bəzən bir dəstə gül bir kitablıq sözü əvəz edir."

O bildirib ki, 45 yaşında sevib-seçdiyi xanımla ailə qurur.

//azxeber.com