1Xbet
1Xbet
Gürcüstanda Bakı ilə Tbilisi arasındakı münasibətləri kim və necə korlamağa çalışır? – FOTO
Dünya
30.04.2021 17:17
241

Gürcüstanda Bakı ilə Tbilisi arasındakı münasibətləri kim və necə korlamağa çalışır? – FOTO

Loading...

Gürcüstanın aparıcı “Saerto Qazeti” nəşrində “Gürcüstanda Gürcüstanın maraqlarına qarşı kim və necə işləyir” adlı məqalə dərc olunub


Yazı Azərbaycan-Gürcüstan münasibətlərinin təhlilinə və bu əlaqələrə mane olmaq istəyən qüvvələrin müəyyənləşdirilməsinə həsr edilib

Müəllif həmçinin, hansı ölkələrin ucuz təxribatlar vasitəsilə iki ölkə arasındakı münasibətləri korlamaq və aşkar xarici müdaxilə ilə Tbilisi-Bakı-Ankara üçtərəfli regional əməkdaşlığını dağıtmağa çalışması mövzusu ətrafında fikir yürüdür.

Məqalədə qeyd olunur ki, bununla əlaqədar Keşikçidağ monastırı (David Qareci məbədi) ətrafında da spekulyasiyalar edilir.

“Ancaq nədənsə “kilsə müdafiəçiləri” Gürcüstana məxsus olmasına baxmayaraq, hansısa yolla Ermənistan ərazisinə daxil edilən Xudjabi monastırı ilə bağlı Ermənistan səfirliyi qarşısında aksiya keçirmirlər. Erməni sərhədçiləri hətta orada çəkiliş aparmaq istəyən gürcü jurnalistlərə də atəş açıb. Eyni zamanda, Azərbaycandan fərqli olaraq, Ermənistanın ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə yumşaq desək, hörmətlə yanaşmadığı məlumdur. Bəs Azərbaycanla sərhəddə yerləşən monastırın gürcüstanlı müdafiəçiləri haradadır? Onlar yürüş keçiribmi?”, - deyə məqalədə qeyd olunur.

Qəzet Ermənistan tərəfindən ələ keçirilən və hamının gözü qabağında dağıdılan Xudjabi gürcü monastırı ilə yaxşı vəziyyətdə saxlanılan Keşikçidağ məbədinin fotosunu paylaşaraq, müqayisə edir.

Məqalənin tam mətni ilə “İnterfaks-Azərbaycan”ın saytında tanış olmaq mümkündür

gürcüstan
bakı
tiblisi
Loading...
close
close