“Gürcüstanda artıq siyasi böhran yoxdur”
Siyasət
21.04.2021 03:19
416

“Gürcüstanda artıq siyasi böhran yoxdur”

Loading...

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə “süni şəkildə yaradılan” siyasi böhranın başa çatdığını bəyan edib.

“KANAL.AZ” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, baş nazir hakimiyyət və müxalifət nümayəndələri arasında imzalanmış razılaşma sənədini belə şərh edib:

“Mən xoşbəxtəm və fəxr edirəm ki, razılaşma əldə edildi. Demək olar ki, Gürcüstanda süni şəkildə yaradılmış siyasi böhran başa çatdı. Komandamız adından əmin edirəm ki, imzaladığımız bütün şərtləri heç bir gecikmə olmadan yerinə yetirəcəyik”.

Qaribaşvili razılaşma mətnini təklif edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə təşəkkürünü bildirib.

“Bir daha demək istəyirəm ki, bu gün ölkəmiz üçün bölünmə yox, birləşmə vaxtıdır. Ölkəmiz, xalqımız bir çox problemlərlə qarşılaşdı və bu problemlər ölkəmizin normal inkişafa, normal iş rejiminə qayıtması üçün parlamentdə birgə fəaliyyət yolu ilə həll oluna bilər”, - deyə gürcü baş nazir vurğulayıb.

Qeyd edək ki, Aİ Şurası tərəfindən təklif olunan yeni razılaşma sənədi beş bənddən ibarətdir. Onların arasında erkən seçkilərin keçirilməsi, “siyasi məhbus” adlandırılan şəxslərin azadlığa buraxılması da var.

Loading...
close
close