Gur qaşlara sahib olmaq üçün 5 metod
Hint yağı – Bu yağ qalın qaşlara sahib olmaq üçün istifadə edilən ən qədim metodlardan biridir. Proteinlər, antioksidantlar və vitaminlərlə zəngin olduğundan, tüklərin uzanmasına və gurlaşmasına kömək edir. Qaş diblərinə hər gün çəksəniz daha qalın qaşlara sahib ola bilərsiniz.
Metod: Bir neçə damcı hint yağını barmağınızla qaşlarınıza çəkin. 30 dəqiqə gözlədikdən sonra makiyaj təmizləyənlə silin və üzünüzü ilıq su ilə yuyun.
Kokos yağı – Kokos yağı dərinizi nəmləndirmək və qan dövranını yaxşılaşdırmaq üçün yaxşı vasitədir. Tərkibindəki maddələr qaş tökülməsinin qarşısını alır və yeni tüklər çıxmasını təmin edir. E vitamini və dəmir kimim maddələr qaşları qalınlaşdırır.
Metod: Bir qulaq çöpünü yağa batırın və qaşlarınıza çəkin. Gecə boyu gözləyin, səhər üzünüzü ilıq su ilə yuyun.
Soğan suyu – Soğan suyu qaşların böyüməsi üçün çox effektli olan kükürd, selenium, minirallar, B vitaminləri və C vitaminləri ilə zəngindir. Bu qaş tüklərinin daha tez çoxalmasına kömək edir. Soğan suyunun iyini aparmaq üçün limon suyundan istifadə edə bilərsiniz.
Metod: Soğanları kəsib blendrdan keçirin və məcun halına gətirin. Qaşlarınıza çəkin, 1 saat gözləyin. Sonra isə limon suyuna batırılmış pambıqla silin.
Yumurta sarısı – Qaş tükləri keratin proteinindən əmələ gəlir və yumurta sarısı protein mənbəyidir. Həftədə 2 dəfə bu vasitəni istifadə etsəniz nəticəni görəcəksiniz.
Metod: Yumurtanın sarısını ağından ayırın və qarışdırın. Fırça ilə qaşlarınıza çəkin, 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Yumurta sarısı səpkiləri artıra bilər, çox istifadə etməyin.
Vazelin – Vazilin qaş diblərini nəmli saxlamağa və qorumağa kömək edir. İstədiyiniz qalın qaşları əldə edənə qədər bu prosesi hər gün təkrarlaya bilərsiniz. Qeyd üçün deyim ki, bu metodu özüm qaş və kirpiklərim üçün istifadə edirəm.
Metod: Vazelini qaşlarınızın üzərinə incə bir təbəqə halında çəkin və bir gecə boyunca saxlayın. Səhər üzünüzü ilıq su ilə yuyun. Vazelinin tərkibində çoxlu miqdarda yağ vardır, səpki probleminiz varsa bu metodu deyil, yuxarıdakı digər metodlardan istifadə edin.
/bildirchin.az
- Maraqlı
- 21 May 2024