Gündəlik bürclər (28 Fevral 2021-ci il)
Maraqlı
27.02.2021 23:08
991

Gündəlik bürclər (28 Fevral 2021-ci il)

Loading...

Kanal.az sizə gündəlik bürcünüzü təqdim edir.

Qoç
Bir az gözləsəniz, ideyalarınızın reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız sabit qalacaq, ancaq əla demək də mümkün deyil. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu onlarda alınacaq.

Buğa
Bu gün əlinizə alacağınız işlər çox vaxt aparacaq. Belə ki, həmin işləri tamamlamağa hövsələniz çatmayacaq, darıxacaqsınız. Bu səbəbdən işləriniz yarımçıq qalacaq. Yaşlılarla səbrli davranın. Onlar tez-tez sizin eşitmək istəmədiklərinizi deyəcəklər.

Əkizlər
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günün ortalarında həyəcanlanacaqsınız, təşvişə düşəcəksiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.

Xərçəng
Gələcəyinizə təsir edə biləcək birilə vacib məsələlərin müzakirəsi məsləhət deyil. Şərikli iş layihələrində problemlər çıxacaq, siz gözlədiyiniz yardımı əldə edə bilməyəcəksiniz. Yaxın ətrafınız da sizi anlamayacaq. Xoşbəxtlikdən yumor hissinizin olması və nikbinliyiniz istənilən situasiyadan çıxmaq üçün dadınıza yetəcək.

Şir
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək.

Qız
Yaradıcılıq baxımından münasib gün deyil. Həyat eşqiniz yüksək olmayacaq deyə, əhvalınız pis olacaq. Çalışın, körpüləri yandırmayasınız. Gün yaradıcılıq fəaliyyətilə məşğul olmaq üçün əlverişlidir.

Tərəzi
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadırlar və buna nail olacaqlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana sahib olacaqsınız.

Əqrəb
Bu gün maddi durumla bağlı fikrə dalacaqsınız. Bu baxımdan özünüzü bir az yalnız hiss edə bilərsiniz. Qənaətcil olmağınız məsləhətdir. Işdə bol şansınız olacaq.

Oxatan
Sevdiyiniz adamla münasibətləriniz, həyatınız və maliyyə mövzularında ünsiyyət qura bilərsiniz. Qarşı tərəfin sizi maraqlandıran və yaxın gələcəklə bağlı həyatınızı dəyişdirəcək qərarlarla yaxından tanış olması normaldır. Onu bu istəkdən məhrum etməyin, münasibətlərinizdə soyuqluq yaranar.

Oğlaq
Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək.

Dolça
Gün mühüm əhəmiyyət kəsb edən olaysız, sürprizsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz hələ buna hazır deyilsiniz.

Balıqlar
Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil.

gündəlik bürclər
bürclər
28 fevral bürclər
xərçəng bürcü
qız bürcü
oxatan bürcü
şir bürcü
2021 bürclər
əqrəb bürcü
qoç bürcü
büğa bürcü
Loading...
close
close