1Xbet
1Xbet
Gündəlik bürclər (19 Mart 2021-ci il)
Blog
19.03.2021 00:04
752

Gündəlik bürclər (19 Mart 2021-ci il)

Loading...

Qoç
Sonradan peşman olacağınız sözlər deməyin. Planlaşdırılmamış xərclər mümkündür. Israfçılığa yol verməyin, qənaətcil olun. Münasibətlərin gərginləşməsinə yol verməyin. Fikrinizi deməyə çalışarkən qarşı tərəfin qəlbinə toxunmayın.

Buğa
Tənbəl olmayın. Gələcəklə bağlı planlar qurun, ətalətdən qurtulun. Yeni işgüzar perspektivlərə qovuşa bilərsiniz. Bir zamanlar yol verdiyiniz səhvləri təkrarlamamağa çalışın.

Əkizlər
Düşünülmüş addım atın, təmkinli olun. Əvvəllər yarımçıq qalmış işi başa vurun. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi problemi həll edəcəksiniz. Səfər və ya gəzinti istisna deyil.

Xərçəng
Problemlərin öhdəsindən rahatlıqla gələcəksiniz. Genişmiqyaslı işə başlamaq olar. Amma bunun üçün ilk növbədə həmfikirlərinizin sizi yalnız sözdə dəstəkləməyəcəyinə arxayın olun.

Şir
Planlardan birinin aktiv şəkildə həyata keçirilməsi üçün əlverişli gündür. Kəsilmiş münasibətləri bərpa etmək şansınız olacaq. Evə qeyri-adi əşya almaq üçün münasib gündür. Günün ikinci yarısında az miqdarda gəliriniz olacaq.

Qız
Xırda səhvlərə və yarımçıq işlərə yol verməyin. Qeyri-rəsmi ünsiyyət, dostlarla görüş, romantik münasibətlər baxımından yaxşı gündür. Diqqət mərkəzində olacaqsınız və bu, ürəyinizcə olacaq.

Tərəzi
Çətinliklər sizi qorxutmasın. Gözlənilməz və maraqlı təklif almaq ehtimalı istisna deyil. Ulduzlar bu təklifə çox düşünmədən razılaşmağı təklif edir. Səfər və gəzintilər üçün əlverişli gündür. Yolda maraqlı tanışlıq baş verəcək.

Əqrəb
Faydalı işlərlə məşğul olun. Inadkar və qətiyyətli olun. Çətin hesab etdiyiniz problemi asanlıqla həll edəcəksiniz. Yaxınlarınız sizi diqqətlə dinləyəcək və mövqeyinizi nəzərə alacaq. Həyatınızda mühüm rol oynaya biləcək insanla görüş istisna deyil.

Oxatan
Aqressiv olmaqla özünüzə artıq problemlər yaratmayın. Sevdiklərinizə qarşı həddən artıq tələbkar olmayın.
Məişət problemlərinin həlli çətin olacaq. Səhhətinizə diqqət yetirin.

Oğlaq
Sizə çox önəmli olan insandan xəbər ala bilərsiniz. Qəfil məlumat hadisələrin axarını dəyişəcək. Yeni müttəfiqlə yeni planınızın müzakirəsi üçün məhsuldar gündür. Axşam saatlarında romantika istisna deyil.

Dolça
Bu gün əks cinsin nümayəndəsilə ünsiyyətdə çətinliklər yaranacaq. Maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edəcəyiniz gözlənilir. Axşam saatlarında dincəlin. Istirahəti evdən kənarda da edə bilərsiniz.

Balıqlar
Bütün diqqəti işə yönəldin. Işlərinizi tamamlamaq istiqamətində ətrafdakıların sizə mane olmasına imkan verməyin. Alış-veriş etmək, mühüm sənədləri imzalamaq olar. Dostlarla, köhnə tanışlarla ünsiyyət üçün əlverişli gündür.

gündəlik bürclər
19 mart bürclər
ulduz falı
bürclər haqqında
buğa bürcü
qoç bürcü
xərçəng bürcü
şir bürcü
oğlaq bürcü
Loading...
close
close