Gültəkin Hacıbəyli bu ölkəyə qaçdı - Özü təsdiqlədi

  • Manşet
  • 30 Oktyabr 2025
6903426620fe1202510254806

14:39

Gültəkin Hacıbəylinin ölkədən getməsi xəbəri özü tərəfindən təsdiqlənib.

Kanal.az xəbər verir ki, o,özü oxu24.com-a açıqlamasında Türkiyədə olduğunu  deyib.

***

Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.

Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı.Söhbət  AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.

Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə,Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən  sonra  Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi  məlumata görə, o Türkiyəyə gedib.O,da qeyd olunub ki,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən,gecə ilə  tələm-tələsik Bakını tərk edib.

Oxşar xəbərlər
Xəbər lenti