Türkiyənin Burdur vilayətində 33 yaşlı qadın inanılmaz əməl törədib.
Kanal.az xəbər verir ki, hamilə olan qadın təkbaşına gizlicə uşağını dünyaya gətirib. O, yeni doğulmuş körpəsini qonşusunun qapısının qarşısına atıb. Qonşu məsələdən bir neçə saat sonra xəbər tutub. Soyuqda qalan uşağın səhhətində problemlər yaranıb. Qızcığaz xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində uşağın anası olan 33 yaşlı qadın müəyyən edilib.
O polisə ifadəsində bildirib ki, uşaq həyat yoldaşındandır. Qadın həyat yoldaşından qorxduğu üçün uşağı ərindən xəbərsiz dünyaya gətirdiyini ifadə edib. Qadının daha 3 uşağı var. Müalicə başa çatandan sonra yeni doğulmuş körpə də ailəyə təhvil veriləcək. Qadının kimliyi açıqlanmayıb.