Rusiya ordu qazaxıstan hərbçilər

Gizli savaşın səbəbi: Putin Qazaxıstana buna görə ordu yeritdi - Rus hərbçilər girməsəydi...

“Keçmiş sovet respublikaları ölkələrinin qurduğu təşkilatın (KTMT) Qazaxıstana dəvət edilməsi Rusiyanın öz “arxa bağça”sı kimi gördüyü bu coğrafiyanın nəzarətdən çıxmasına imkan verməyəcəyini göstərir. Görünən budur ki, Rusiyanın prosesə daxil olmasıyla, etirazçı xalq zor gücünə sakitləşdiriləcək”.

Kanal.az xəbər verir ki, bunu türk siyasi ekspert Bahadır Kaynak deyib.

Ekspert Qazaxıstanda iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı etirazların ilk dəfə baş qaldırmadığını söyləyib:

“On il əvvəl baş verənlər daha çox lokal xarakter daşıyırdı. Amma bu dəfə etirazlar bütün ölkəyə yayılan ciddi insidentə çevrildi. Keçmiş sovet coğrafiyasında buna bənzər hadisələr əvvəllər də baş vermişdi.

2014-cü ildə Ukraynada baş qaldıran xalq hərəkatları son nəticədə hökumətin devrilməsi və qərbyönlü siyasi qüvvələrin iqtidara gəlməsi ilə nəticələndi. Amma Rusiya onun üçün son dərəcə strateji əhəmiyyət daşıyan bu ölkəyə bütünlüklə müdaxilə etmədi, dəstəklədiyi qüvvələrlə Krım və Donbasa nəzarəti ələ keçirdi.

2020-ci ildə Belarusda da hökumət əleyhinə nümayişlərin şahid olduq. Amma hökumətin təhlükəsizlik qüvvələrinin işə qarışması ilə bu xalq hərəkatı da yatırıldı”.

Qazaxıstana gəldikdə, Bu nümayişlər nəticəsində Moskva Rusiyaya yaxın hökumətin devrilməsinə və qərbyönümlü hakimiyyətin qurulmasına reaksiya verir. Qazaxıstanın neft-qaz ehtiyatları və geosiyasi mövqeyi göstərir ki, Putinin hadisələri uzaqdan izləməsi mümkün deyil”.

Bahadır Kaynak onu da qeyd edib ki, Qazaxıstanın Ukrayna və Belarusla müqayisədə fərqləri vurğulanmalıdır. O, Qazaxıstanın Rusiyaya çox yaxın olmasına baxmayaraq, “soyuq müharibə”dən sonra ABŞ-ın energetika şirkətlərinin də fəaliyyət göstərdiyi bir bölgə olduğuna diqqət çəkib.

Ekspert qazaxların bir yolunu taparaq Amerika ilə yaxınlaşdıqlarını deyib:

“Bununla belə, Rusiya ilə xüsusi münasibətlərə önəm verirlər. Digər yandan, bir məqamı da qeyd etmək lazımdır ki, Qazaxıstan həm də Çinin təsir dairəsidir, bu da Mərkəzi Asiyanın cazibəsini artırır. Ukrayna və Belarus Avropanın geosiyasəti baxımından nə qədər önəmlidirsə, qeyd etmək lazımdır ki, Qazaxıstan da Rusiya və Çin arasında Avrasiyada balansı saxlamaq üçün mühüm ölkədir”. / teleqraf.com