Gərginlik artarsa ABŞ donanması girəcək - Bayden BƏYANAT VERDİ

  • Dünya
  • 23 May 2022 17:49
  • Oxunub: 3135

Gərginlik artarsa, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Tayvana yaxınlaşacaq.

Kanal.az xəbər verir ki, bu fikirləri Rusiya Strateji Qiymətləndirmələr İnstitutunun direktoru Sergey Oznobişev deyib.

“Birləşmiş Ştatlar Çinin dəniz fəaliyyətini artırmasından narahatdır. Vaşinqtonun fikrincə, Çin bununla Tayvanın geri qaytarılmasına nail olmaq istəyir. Artıq bu məsələ ilə bağlı Bayden bəyanatla çıxış edib. Ukrayna məsələsində ABŞ və NATO-nun münaqişə tərəfi olmadığı deyilirdisə, Tayvan məsələsində əksinə, ABŞ qətiyyətlilik nümayiş etdirir. Çin donanmasının Tayvan ərazisində hansısa hərəkəti müşahidə olunsa, amerikalılar öz təyyarə və ya gəmilərini hazır vəziyyətə gətirəcəklər. Demək olar ki, bu prosses artıq başlayıb. Gərginlik artdıqca birbaşa hərbi toqquşmanın da reallaşması mümkündür”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, beynəlxalq siyasət indi son həddə qədər qızışıb.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...