64a2d93dd5302202307232045

Fransada gərgin gecə: 297 avtomobil və 34 bina yandırılıb

Fransa polisi bazar günündən bazar ertəsinə keçən gecə iğtişaşlarda iştirak edən 157 nəfəri saxlayıb.

Kanal.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi BFMTV kanalı respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb. Bundan əlavə, polis bölməsi və jandarma kazarmasına hücum edilib. Bunun dəqiq harada baş verdiyini kanal dəqiqləşdirmir.

Gecə ərzində 352 yanğın hadisəsi qeydə alınıb: 297 avtomobil və 34 bina yandırılıb. BFMTV qeyd edir ki, “Fransada beş gecə davam edən iğtişaşlardan sonra heç bir ciddi insident qeydə alınmayıb”. /redaktor.az