Fatma Mahmudova ilə bağlı üzücü xəbər - FOTO

  • Gündəm
  • 22 Avqust 2025
68a814bf44c83202508255703

Əməkdar artist Kübra Əliyeva Xalq artisti Fatma Mahmudovanın görüntülərini paylaşıb.

Kanal.az xəbər verir ki, aktrisa həmkarının müalicə aldığını bildirib:

"Allah Fatma Mahmudovaya şəfa versin. Müalicə aldığı sanatoriyada yanına getdim. Müalicəsi yaxşı gedir”.

F.Mahmudova özü Teleqraf-a açıqlamasında qolunun hərəkətinin hələ də bərpa edilmədiyini deyib: “Səhhətim yaxşı deyil, evdə müalicəm davam edir. Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları davam edir”.

Qeyd edək ki, F.Mahmudova 2 dəfə insult keçirib. Bu günlərdə isə Onun qolu sınıb.

Oxşar xəbərlər