Fahişə sifariş etmək üçün arvadından BORC ALDI
Krımın Feodosiya şəhərində gənc oğlan fahişə sifariş etmək üçün həyat yoldaşından və atasından borc götürərək fırıldaqçılara 1,5 milyon rubl (təxminən 26 min 400 manat) verib.
Novorossiyskdən Feodosiyaya gələn 24 yaşlı oğlan intim xidmətlər saytından qızlar sifariş etmək qərarına gəlib. İnternetdən tapdığı nömrəyə zəng edərək tələb olunan məbləği köçürüb.
Ancaq köçürmədən sonra ona zəng gəlib və "kompüter xarab oldu" deyiblər. Vəziyyəti düzəltmək üçün gənc oğlandan daha çox pul istəyiblər.Oğlan fırıldaqçılara pul köçürməkdə davam edib. Bu məqsədlər üçün o, həyat yoldaşından və atasından borc götürüb. Ümumilikdə gənc fırıldaqçılara təxminən 1,5 milyon rubl verib.
Gəncin atası işlərin düz getməməsindən şübhələnib və polisə müraciət edib. Gənc hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına dərhal inanmasa da, daha sonra açıqlama yazıb. / lent.az
- Dünya
- 17 Sentyabr 2023