Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı – FOTO

  • Gündəm
  • 25 İyul 2025
68831cae6e904202507255702

Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə işçisi Eyüp Derelinin, yanğından qısa müddət əvvəl "Maaşımıza bu ay bonus ala biləcəyikmi?" məzmunlu mesaj göndərdiyi ortaya çıxıb.

Kanal.az Milli.Az-a istinadən xəbər verir ki, Derelinin bu sualı əks etdirən mesajı ailəsini və sevənlərini dərindən sarsıdıb. Həmin mesaj həm dolanışıq çətinliyi içində çalışan meşə işçilərinin üzləşdiyi problemləri, həm də canları bahasına apardıqları mübarizəni bir daha göz önünə gətirib. Baş verən acı hadisə ictimaiyyətdə böyük rezonans doğurub.

Oxşar xəbərlər