“Facebook” koronavirusla bağlı səhv məlumatlara görə Maduronun hesabını dondurdu
Maraqlı, Dünya
27.03.2021 21:11
351

“Facebook” koronavirusla bağlı səhv məlumatlara görə Maduronun hesabını dondurdu

Loading...

“Facebook” şirkəti koronavirusla bağlı yanlış məlumatları yayması səbəbindən Venesuela Prezidenti Nikolas Maduronun hesabını dondurub.

“Reuters” xəbər verir ki, Maduro sosial media səhifəsində COVID-19-un necə müalicə ediləcəyinə dair dəlili olmadan məlumat yayıb.

Belə ki, o yanvar ayında “COVID-19-dan yan təsirləri olmadan sağalmağa imkan verən təsirli dərman”la bağlı video yayımlayıb.

Eyni zamanda, bu vasitənin koronavirusla mübarizədə effektivliyinə dair heç bir elmi sübut təqdim edilməyib. “Facebook” həmin videonu silib.

“Siyasətimizi dəfələrlə pozduğu üçün səhifəni 30 gün ərzində bloklayırıq və bu müddət ərzində yalnız başqalarının yazdıqlarını oxumaq mümkün olacaq”, - deyə şirkətdən bildirilib.

Bu qadağa Maduronun “Instagram” hesabına aid deyil.

Loading...
close
close