62e8d9067b279202208225758

Eyvanda "Cəhənnəm odu" raketi ilə vuruldu - Əməliyyatın ŞOK DETALLARI / FOTOLAR

Dünyanın ən çox axtarılan terrorçuları arasında yer alan “Əl-Qaidə” lideri Ayman əl Zəvvarinin məhv edilməsinə dair detallar üzə çıxıb.

Kanal.az xəbər verir ki, əməliyyatın detalları barədə ABŞ hökumətindəki mənbə yerli mediaya açıqlama verib. Bildirilib ki, ABŞ kəşfiyyatı terrorçunun ailəsi ilə birgə Kabilə köçdüyü barədə məlumat əldə edib.

Məlumata görə, təşkilat lideri “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra paytaxtda köçüb. Kəşfiyyatçıların təqibindən sonra 71 yaşlı terrorçunun qaldığı ev müəyyən edilib. Təşkilat liderinin evi müşahidə altına alınıb. Detallar barədə ABŞ Prezidenti Co Baydenə mütəmadi məlumatlar verilib. Əməliyyatın başlaması barədə əmri Bayden şəxsən verib. Məlumata görə, terrorçu eyvanda olarkən ABŞ PUA-sı ona “hellfire” (Cəhənnəm odu) raketi ilə iki zərbə endirib. Hücum zamanı terrorçunun ailə üzvləri və ətrafdakı mülki vətəndaşlar arasında yaralanan olmayıb.

Əməliyyat barədə açıqlama verən Bayden deyib:

““Əl-Qaidə” lideri Ayman əl Zəvvari mənim təlimatımla təşkil edilən əməliyyat nəticəsində öldürüldü. 11 sentyabr terror hücumunun təşkilatçısı idi. Ədalət yerini tapdı”.

Dövlət katibi Antoni Blinken qeyd edib ki, Zəvvari Doha sazişinin şərtlərini ciddi şəkildə pozub.

Qeyd edək ki, Ayman əl Zəvvari Nyu-Yorkda təşkil edilən terror hücumunun təşkilatçılarından biri idi. ABŞ terrorçunun yeri barədə məlumat verənə 25 milyon dollar mükafat vəd etmişdi.