66150aefee747202404243127

Əsgərlikdən qayıdan oğlan arvadının xəyanətinin üstünü açdı – ŞOK TƏFƏRRÜAT

Sabirabad  rayonunda 1998-ci il təvəllüdlü Nəsib qonşusu Namili öldürməyə (adlar şərti verilib.) cəhd edib.

Kanal.az  xəbər verir ki Nəsib hərbi xidmətdə olarkən arvadı Nazilə Sabirabad rayonunun kəndində qonşuluqda yaşayan Namillə tanış olub, onların arasında yaxın münasibətyaranıb. xidmətdən qayıtdıqdan sonra Nəsib arvadının Namillə yaxın münasibətdə olmasından və ona xəyanət etməsindən şübəhlənib.

28 yanvar 2022-ci ildə, gecə saatlarında Nəsib arvadının istifadəsində olan mobil telefonu yoxlayıb.

Bu zaman Namilin arvadına zəng etdiyini, telefonuna kontur yüklədiyini, arvadının isə ona “Həyatım” deyə müraciət elədiyini aşkarlayıb. Nazilənin xəyanətinə əmin olduqdan sonra onu döyüb və evdən qovub. Daha sonra qisas almaq üçün Namili öldürmək qərarına gəlib.

Bu məqsədlə münasib vaxt və şərait gözləyib. Həmin gün axşam saat 21 radələrində özü ilə bıçaq götürərək Namilin yaşadığı evə gedib. Namilin anası və atası ilə görüşüb. Onları valideynlərinin çağırdığını bildirərək aldadıb və evlərinə dəvət edib.

Namilin ata-anasının onun yaşadığı evə getdiyinə əmin olduqdan sonra geri qayıdıb.

Namilin yaşadığı evin giriş qapısını açaraq içəri daxil olub. Qarşısına Namilin arvadı Samirə çıxıb. Nəsibin əlindəki bıçaqla yaşadığı mənzilə daxil olmasına görə Samirə ona “sən burada nə gəzirsən” deyərək etiraz edib.

Lakin Nəsib Samirənin sözlərinə məhəl qoymayaraq sinəsindən itələyib və mənzilə daxil olub. Otaqlarda Namili axtarmağa başlayıb. Namil onu görüb və arxasınca gəldiyini bilib. Buna görə də otaqdan çıxaraq həyətə qaçıb.

Nəsib Namili təqib edib, pilləkənlərin önündə onu tutub. Namilin bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. Onlar mübahisə edə-edə evin darvazasının yanına gəliblər.

Namilin arvadı Samirə isə qışqıraraq səs-küy salıb, adamları köməyə çağırıb. Samirənin qışqırıq səsələrini Nəsibin evində olan Namilin anası eşidib. O, dərhal evə gəlib. Ora çatdıqda Nəsibin oğlu Namillə mübahisə etdiyini görüb.

Namil “ay mama, deşik-deşik elədi məni” deyərək kömək istəyib. Nəsib isə “sən hələ ölməmisən” deyərək anasının gözləri qarşısında ona xəsarətlər yetirməkdə davam edib.

İstintaq orqanı tərəfindən Nəsibin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsib 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan Nəsibin vəkili apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.(medianews)