“Ermənistan Rusiya və Belarus ittifaqına qoşulacaq”.
Kanal.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov səsləndirib. Gələcəkdə Ermənistan və Qırğızıstan Rusiya və Belarusun ittifaq dövlətinə qoşula bilər ki, bu da yeni ölkənin yaranmasına gətirib çıxaracaq.
“Sovet İttifaqı dağılandan dərhal sonra Rusiya, Belarus, Ukrayna və Qazaxıstanın ittifaq olacağını düşünürdük. Ona görə də ümid edirəm ki, bu xalqların ətrafında bir növ özək formalaşacaq ki, bu da bir növ yeni dövlətə çevriləcək”.
Dövlət Dumasının deputatının sözlərinə görə, bəzi ölkələr özləri də Rusiyanın tərkibinə daxil olmaq istəyini ifadə ediblər.
“İndiki halda, əgər yaxın gələcək perspektivlərdən danışsaq, Ermənistan və Qırğızıstan təhlükəsizliklərinin olmadığını bildiriblər”, – deyə Leonid Kalaşnikov qeyd edib.