641fe821d29b1202303233721

Ermənistanı məğlub edən Türkiyədən möhtəşəm cavab: Qarabağa salam olsun/ VİDEO

Avro-2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində keçirilən Ermənistan - Türkiyə matçında (1:2) yerli azarkeşlər pis davranışlarını bir daha ortaya qoyublar.

Kanal.az xəbər verir ki, oyun başlayanda hər iki ölkənin dövlət himnləri səsləndirilib. Lakin Erməni azarkeşlər Türkiyənin himnini fitlə qarşılayıblar. Bu hal Türkiyənin idman sahəsinin tanınmış şəxsləri tərəfindən də etirazla qarşılanıb. Oyun bitəndən sonra onlar ermənilərin davranışlarına cavab kimi "Qarabağa salam olsun" paylaşımlarını ediblər.