"Ermənistandan müsbət xəbərlər alırıq" - İlham Əliyev

  • Siyasət
  • 25 Yanvar 2022 14:43
  • Oxunub: 241

“Siz dünən eyni zamanda Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir”.

Kanal.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”, – dövlət başçısı vurğulayıb.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...