Ermənistanda hərbi hissədə qətliam yaşanıb? -   Hərbçilərin cəsədləri tapıldı
Dünya
19.08.2021 11:09
978

Ermənistanda hərbi hissədə qətliam yaşanıb? - Hərbçilərin cəsədləri tapıldı

Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyiti aşkarlanıb.

Kanal.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, 2002-ci il təvəllüdlü - Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın cəsədi aşkarlanıb. Hadisənin səbəbləri araşdırılır.

Erməni sosial mediasında ölənlərin sayının daha çox ola biləcəyi və ölənlərin sayının gizlədilə biləcəyi istisna edilmir. 


Paylaş:
Loading...
Loading...