Ermənistanda ara qızışdı: Etirazçılar hökümət binasına doğru irəliləyirlər

  • Dünya
  • 05 İyun 2022 16:08
  • Oxunub: 220

Ermənistanda “müqavimət” hərəkatının tərəfdarları yenidən İrəvanın mərkəzindən yürüşə başlayıblar.

Metbuat.az "Sputnik"ə istinadən xəbər verir ki, müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.

Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır. Məlumata görə, 13 nəfər etirazçı saxlanılıb.

Xatırladaq ki, “müqavimət” hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...