Ermənistan sərhəddəki atışmaya görə KTMT-ni çağırmayacaq? - Arsenyan
Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyəcək.
Kanal.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyan deyib.
“Ermənistanda vəziyyət elə deyil ki, biz KTMT-ni köməyə çağırmağa məcbur olaq. Ölkəmizdə vəziyyət kifayət qədər ağırdır, lakin Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır”, – Arsenyan bildirib.
O əlavə edib ki, Ermənistan Azərbaycanla sərhəddə atışmalara görə KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək.
“Paşinyanın başçılıq etdiyi Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemləri atəş açmaqdansa, danışıqlar yolu ilə tənzimləməyə üstünlük verir”, – Arsenyan bildirib. Axar.az
- Dünya
- 10 Fevral 2022