62fcec7465bcd202208222612

Ermənilərdən ŞOK İTTİHAM: "Ticarət mərkəzindəki partlayışı ruslar törədib" - Moskva NOTA VERDİ

Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Kanal.az xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.

"Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Sasna Tsrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.