Ermənilər Zəngəzurun kəndlərini BOŞALDIR - FOTO
Ermənilər könüllü olaraq Qərbi Zəngəzurun kəndlərini tərk edirlər.
Kanal.az xəbər verir ki, bu barədə erməni iqtisadi müşahidəçi Akop Koçaryan bildirib.
“Syunikdə (Zəngəzur – red.) əhalinin kəskin seyrəlməsi var. 2018-ci ilə kimi Zəngəzurda neçə erməni kəndinin boş qaldığını bilirsiniz? Onlarla kənd viran olub. İrəvanda hamının bundan xəbəri var, amma gizlədirlər.
Rəsmi statistikaya görə, 2017-ci ildə Sünik vilayətinin əhalisi 138,9 min nəfər olub. Rəsmi məlumatlara görə, son vaxtlar bölgəni beş minə qədər insan tərk edib.
Yeri gəlmişkən, onların hamısı Zəngəzurdan öz istəkləri ilə ayrılıblar”, – deyə Koçaryan bildirib. / Konkret.az
- Ölkə
- 26 Aprel 2023