61de8b0a885b0_jrjkyukyuky

Erməni hərbçilər Qazaxıstanda rəzil oldular: Görün onlara hansı işi tapşırıblar / FOTOLAR

Qazaxıstana göndərilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının tərkibindəki erməni hərbçilərin görünüşü sosial mediada lağa qoyulub.

Kanal.az xəbər verir ki, bir gün neçə əvvəl erməni hərbçilərdən birinin boyunun olduqca qısa olması diqqət çəkmişdi. Bu dəfə isə artıq çəkisi olan erməni hərbçinin görünüşü lağa qoyulub. Ermənilər özləri sosial mediada qeyd ediblər ki, belə görkəmdə olan hərbçilərin “ortaya çıxarılması” utancvericidir.

Bildirilir ki, Qazaxıstanda erməni hərbçilər strateji obyektlərə yaxın buraxılmayıb. Onlara çörək zavodunun mühafizəsi həvalə edilib. Ermənilər həmin xəbərlərə "Əslində indi ac qaldıq", Çörək zavodlarını bunlardan mühafizə etmək lazımdır", "Dosta qorxu düşmənə güvən verən ermənilər", "Çörək zavodunu mühafizə etməyin ən asan yolu bütün çörəkləri yeməkdir" kimi şərhlər yazılıb.