Erməni əsirliyində 606 gün keçirən azərbaycanlı: 4 dost əsirlikdən necə qaçdı? – QADONDURAN TƏFƏRRÜAT

  • Maraqlı
  • 22 İyul 2025
687fe110c5855202507250552

606 gün erməni əsirliyində qalan Fərhad Fərhadov və dostları. Onların iki seçimi var idi: özünü öldürmək və ya düşmənə əsir düşmək.

Qlobal.net xəbər verir ki, 1991-ci ildə azərbaycan Milli Ordusu yaradılanda Fərhad lönüllü olaraq cəbhəyə yollanır. Həyat yoldaşını və iki övladını evdə qoyaraq Şuşada döyüşlərə qatılır.

1991-ci ilin dekabrında Xankənfi yaxınlığındakı Kərkicahan döyüşlərində azərbaycanlı döyüşçülər çoxlu silah ələ keçirirlər. 3 gün həmin postları əllərində saxlaya bilirlər. Lakin bir neçə gün sonra azsaylı döyüşçülər erməni işğalçıların mühasirəsinə düşürlər.

13-14 saatlıq döyüşdə ermənilər ciddi itki verir. Lakin vaxt getdikcə güllələri bitir, kömək isə gəlmirdi.

Fərhad Əhmədov: Ya öldürməliyik bir-birimizi, ya da təhvil-təslim. dedilər “Yox”, gərək öldürək. Razılaşdıq. Məndə 3 maqazin patron vardı. Pənah düşdü aşağı dedi ki, güllələnmək asandır. Güllələyirsiz güllələyin, amma bizim hamımız Vətənə lazım olarıq. Birimiz də qalsaq qənimətdir. Tək İsrail razılaşmadı. O, maqazini tamamilə qarnına doldurdu.

Döyüşçü Arif İsmayılov özünü öldürmək istəsə də, komandir tezliklə kömək gələcəyini deyir.

“Komandirin üstünə qışqırdım ki, özümü vaxtında vurmağa qoymadın. Adam deyirdi, birdən kömək gələr, kiminsə göz yolda qalmasın”.

Əsir düşəndən sonra 366-cı motoatıcı alayın zabitlərindən biri onları döyməyə başlayır.

Davamı videoda:

Oxşar xəbərlər