Ərdoğanla Rəisi arasında telefon danışığı: Nələr müzakirə edilib?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
Kanal.az TRT-yə istinadən xəbər verir ki, prezidentlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.İran prezidenti regionda ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyinin zəruriliyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan isə yaxın vaxtlarda Tehrana səfər etmək istədiyini bildirib.O, Türkiyə ilə İran arasında əlaqələri gücləndirmək üçün müxtəlif iqtisadi əməkdaşlıq istiqamətlərinin siyahısını hazırladığını bildirib.
- Dünya
- 23 Yanvar 2022