632afd267cff4202209220142

Ərdoğanın BMT-dəki çıxışına münasibət - "Tarixi çıxış idi"

​Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışına münasibət bildirib.

Kanal.az xəbər verir ki, o bildirib ki, ƏrdoğanınŞimali Kipr Türk Respublikasının tanına biləcəyinə dair çıxışı “tarixi bəyanatdır”. Ərsin Tatar beynəlxaql ictimaiyyəti Şimali Kipri rəsmən tanımağa çağırıb.

“Türkiyənin zəmanətçi olmasına son verilməsini qəbul edə bilmərik. Türkiyənin bizə açıq dəstək verməsi önəmlidir. Bu gün Cənab Ərdoğanın bu çıxışı dünya üçün tarixi addımdır” - Ərsin Tatar deyib.