639cabdf5a030202212223319

Ərdoğanın barışıq əli uzatdığı Sisidən xain həmlə - Türkiyəni qəzəbləndirən qərarı rəsmən elan etdi

Misir Prezidenti Əbdülfəttah əl-Sisi Türkiyəyə qarşı gözlənilməz qərar qəbul edib.

Kanal.az xəbər verir ki, Sisi Misirin Aralıq dənizi bölgəsindəki dəniz sərhədini təyin edən yeni fərman imzalayıb. Sisinin imzaladığı qərarə əsasən Misirə aid sular Misir-Liviya quru sərhədinin 1-i nöqtəsindən başlayıb 8-ci nöqtəsinə qədər davam edərək 12 milə qədər uzanacaq. Bu isə Türkiyənin Liviya ilə imzaladığı dəniz sərhədlərinin müəyyən edilməsinə dair sazişə ziddir. Belə ki, Misir Türkiyə ilə Liviya arasında imzalanmış müqavilə ilə müəyyən edilən ərazilərə iddia etmiş olub.

Qeyd edək ki, Misirdəki hərbi çevrilişdən sonra Türkiyə ərəb ölkəsi ilə əlaqələri dayandırmışdı. Ərdoğan 8 ildən sonra Qətərdə Əbdülfəttah əs-Sisi ilə əl sıxmışdı.