6479b0a0669bc202306230432

Ərdoğanın andiçmə mərasiminə 20 ölkə lideri qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək.

Türkiyə mediası xəbər verir ki, parlamentdə baş tutacaq mərasimdə 20 dövlət başçısı, 45 nazir və bir sıra təşkilatların liderləri iştirak edəcək. Məlumata görə, tədbirə türkdilli dövlətlər geniş nümayəndə heyəti ilə qatılacaq.

Məlumata görə, andiçmə mərasimindən sonra Ərdoğan bəzi dövlətlərin liderləri ilə görüşlər keçirəcək.