6465e16dbd174202305232725

Ərdoğanı devirmək üçün milyonlar xərclənib - Pulları onlar ayırıbmış

Qərb Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təşviqat kampaniyası aparmaq üçün bəzi yutuberlərə milyonlarla dollar pul verib.

Bu barədə türkiyəli jurnalist Gaffar Yakınca CNN türk-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hətta bir yutuberə 10 milyon dollar verildiyi barədə iddialar var. Jurnalist qeyd edib ki, pul olan yutuberlər, Qərbdən gələn göstərişlərə əməl edərək, Ərdoğan əleyhinə məlumatlar paylaşıb. Qərb Ərdoğanın seçkilərdə məğlub olacağını gözləsə də, türk xalqı liderinə dəstək ifadə edib.

Jurnalist Ərdoğanın birinci turda yüksək səs toplamasının Qərbi qəzəbləndirdiyini ifadə edib. Qərb milyonlarla dolların havaya sovrulduğuna görə qəzəblidir.