Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərinin son dayanacağı olan Qvineya-Bisau səfərini ləğv edib.
Kanal.az xəbər verir ki, bu gün Ərdoğan Seneqaldan birbaşa Türkiyəyə qayıdacaq. Məlumata görə, Ərdoğan sabah onlayn formada keçirilən NATO-nun təcili iclasına qatılacaq.