6336a42a64636202209220914

Ərdoğan Qərbi biabır etdi - "Parlamentdə yorğana bürünürlər"

Prezident Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrində enerji böhranının yaşandığı bir vaxtda Türkiyədə vəziyyətin normal olduğunu ifadə edib.

Kanal.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Qər ölkələri qənaət etmək üçün müxtəlif üsullara əl atır. Türkiyə lideri Qərbin səhv siyasət yürütdüyünə işarə edib. Ərdoğan Fransanın Baş naziri Elizabet Borne və digər nazirlərin toplantılarda palto ilə iştirak etdiyinə diqqət çəkərək deyib:


“Avropada yüksək inflyasiya iqtisadi problemlər yaradıb. Bu problemlərə bir də Rusiya-Ukrayna müharibəsi əlavə oldu. Qiymətlər rekord dərəcələrə çatıb, qida böhranı qorxulu səviyyəyə çatıb. Avropa qışı ən az zərərlə keçirməyin axtarışındadır. Avropanın qənaət barədə çağırışlarını siz də izləyirsiniz. Parlamentdə yorğan paylayırlar. Türkiyənin belə problemi varmi? Xeyr”.