Putin Ərdoğan

Ərdoğan Putinə Soçidə bunu təklif edib: Milli döyüş təyyarəsi üçün... - Theodoratos

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.

Kanal.az xəbər verir ki, bu açıqlama ilə yunan aparıcı İoannis Theodoratos çıxış edib.

“Rusiya tez-tez Türkiyəni dəstəkləyir. Rusiya hər zaman öz maraqlarını düşünür və maraqları naminə hər kəsin əleyhinə Türkiyənin yanında durur”, - yunan aparıcı söyləyib.

O qeyd edib ki, Ərdoğan Türkiyənin milli döyüş təyyarəsi TFX-in etibarlı mühərrikə sahib olması üçün Putinə ortaq reaktiv mühərrik istehsal etməyi təklif edib.

Theodoratos Qərbin davamlı embarqosuna məruz qalan Türkiyənin Rusiya sistemlərinə üz tutmağa başladığını bildirib. //axar.az