Ərdoğan:  “İlham Əliyevlə razılaşdıq”
Dünya
29.08.2021 15:53
1331

Ərdoğan: “İlham Əliyevlə razılaşdıq”

Ermənistanda qurulan yeni hökumətin bölgə üçün faydalı olmasını diləyirəm.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısı Bosniya və Herseqovina, həmçinin Çernoqoriyaya rəsmi səfərindən sonra media mənsublarının suallarını cavablandırıb. Suallardan biri də Cənubi Qafqazdakı vəziyyətlə bağlı olub.

Türkiyə prezidenti bölgədə yeni, konstruktiv yanaşmalara ehtiyac olduğunu bildirib.

"Düşüncə və gözləntilərdə fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla, etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək lazımdır. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik.

İndi sülhü və sabitliyi davamlı etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədəki razılaşmalar bütün bölgəni birləşdirərək Cənubi Qafqazı dəyişdirəcək yeni imkanlar yaranacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. Beşlik və ya altılıq platforması təklifimiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Bu platforma bu şəkildə qəbul edilsəydi, düşünürəm ki, bölgə daha rahat nəfəs ala bilərdi. Çünki regionda yeni dəmir və avtomobil yolları infrasturkturunun yaradılmasına ehtiyac var. Düşündük ki, belə bir addım atmaqla bölgədəki bir çox problemləri aradan qaldıra bilərik. Bunları cənab Putinlə müzakirə edərkən razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə də razılaşdıq. Bu arada İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni Prezidenti cənab Rəisi ilə də danışa bilərik. Daha sonra isə bu platformanı canlandırmaq üçün addımlar atarıq”, -deyə Ərdoğan qeyd edib.
azxeber.com
Paylaş:
Loading...
Loading...