Ərdoğan - Bayden görüşü ilə bağlı 6 milyard dollarlıq iddia: Qarabağla bağlı mühüm müzakirə -  Türk lider tələb edəcək ki...
Siyasət
12.10.2021 12:41
0

Ərdoğan - Bayden görüşü ilə bağlı 6 milyard dollarlıq iddia: Qarabağla bağlı mühüm müzakirə - Türk lider tələb edəcək ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada amerikalı həmkarı Co Baydenlə görüş zamanı 6 milyard dollar dəyərində olan silah satışını da gündəmə gətirəcək.

Kanal.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Bildirilir ki, bu F-16 təyyarələrinin satışı ilə bağlıdır. Məqalədə qeyd edilir ki, Ərdoğan Baydendən ABŞ-ın F-16 təyyarələrinin satışına icazə verməsini tələb edəcək. İddialara görə, S-400 müdafiə sistemlərinə görə, ABŞ Türkiyəyə sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.

Ərdoğan isə bu müqavilə sayəsində sanksiyaların qarşısını almaq niyyətindədir. Bildirilir ki, Türkiyə 40 ədəd F-16 təyyarəsinin alışı və istifadəsində olan təyyarələrin modernləşdirilməsi üçün ABŞ-a rəsmi müraciət edib.

Qeyd edək ki, görüş zamanı regional məsələlərlə yanaşı Qarabağdakı vəziyyət də müzakirə ediləcək. / Metbuat.az
Paylaş:
Loading...
Loading...