Ərdoğan Azərbaycanla imzalanmış iki sənədi təsdiqlədi
Maraqlı
20.03.2021 13:25
661

Ərdoğan Azərbaycanla imzalanmış iki sənədi təsdiqlədi

Loading...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında imzalanan iki sənədi təsdiqləyib. 


Bununla bağlı Türkiyənin “Resmi Gazete”si məlumat yayıb. 

Bildirilib ki, Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişini təsdiqləyib.

recep tayyip erdoğan
Türkiyə Azərbaycan
Loading...
close
close