657d71a960aa0202312234513

“Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər...” - Yazıçı əsəbləşdi

"oxuyanlar" səviyyəsiz toylardan, səs-küydən ibarət yığıncaqlardan qazandıqları pulların bir hissəsini gətirib "tökürlər" televiziyalara! Tənqid edənlərə də deyirlər ki, "dövlət müstəqil televiziyalara pul ayırmır, bəs, televiziyanı necə saxlayaq! Saxlamayın, bağlayın, bizə belə televiziyalar lazım deyil! Daha yazmayan, deməyən qalmayıb, sizin vecininizə deyil! Ey televizionşiklər, eşidirik, deyirsiniz ki, "xoşun gəlmir, baxma". Şəxsən mən sizin eybəcər verilişlərinizin heç birinə baxmıram! Mətbuatdan oxuduqlarımdan,  eşitdiklərindən bilirəm ki, nə gündəsiniz!!!” 
X.Qocanın sözlərinə görə, telekanallarda olan şou xarakterli verilişlər uğursuzdur: 
“Biz televiziyalarda işıqlı adamları görmək istəyirik ki, gözümüz sevinsin! "Şou biznes" dediyiniz verilişlərə çıxardıqlarınızın heç birinin şoudan-filandan xəbərləri yoxdur! Yalnız bir məqsədləri var, özlərini göstərsinlər, toy tutsunlar, özləri kimilərindən pul qazansınlar! Biz axı, başqa ölkələrin də şou verilişlərinə baxırıq. Hər verilişin bir məqsədi, ideyası olur. Şou verilişləri lağlağı etmək, hır-hır hırıldayıb bir-birinə söz atmaq üçün deyil, axı! 
Televiziyalar evlənmək, boşanmaq yeridir? Kişi arvadından şikayət edir, arvadı ərindən! Məncə, arvadından şikayət edən, onun eyiblərini bütün ölkəyə bildirən kişi "kişi", ərini ekranlarda rüsvay edən qadın da "qadın" deyil! Bir də onların ailə məsələlərinin tamaşaçılara nə dəxli var? Aparıcılar və "ekspert" dedikləri də özlərini müstəntiq kimi, hakim kimi aparırlar! Hansı ki, onların bəzilərinin heç ailəsi də yoxdur, tamaşaçılara "ailə dərsi" verirlər! Utanıb-qızarmırlar da! 
Verilişlərin çoxunun mövzusu qardaş ölkədən götürülür, şit, bayağı şəkildə Azərbaycan tamaşaçılarına təqdim olunur. Elə verilişlər var ki, musiqisini də qardaş ölkədən götürürlər. Məsələn, "Kim milyonçu olmaq istəyir?" Verilişin adının özü gülüncdür, mənasızdır! Kim milyonçu olmaq istəməz ki? 
Aparıcıların Azərbaycan dilində səlis, mənalı, məzmunlu danışa bilməmələri də biabırçılıqdır! 
Yüngül xasiyyətli, ətli-canlı qadınların televiziyalarda ortalığa düşüb əzalarını tərpədə-tərpədə oynamaları lap biabırçılıqdır! Hansı birini deyək?”