Ən çox kredit verən banklar -  Zaminsiz kredit verən banklar
Kanal.az TV, Blog
09.03.2021 04:14
878

Ən çox kredit verən banklar - Zaminsiz kredit verən banklar

Loading...
Zaminsiz kredit verən banklar

Kredit bazarının hazırı durumunu analiz etsək, məlumuz olar ki, istehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri müştərilər tərəfindən ən çox tələbat olan Bank məhsullarındandır. Bu kreditlərin rəsmiləşməsi proseduru əksər banklarda çox qısa vaxt alır. Bu səbəbdən müştəri təhlili baxımından biznes kreditləri ilə müqayisədə nağd istehlak kreditləri nisbətən riskli hesab olunur. Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri mənmuniyyətini və loyallığı qorumaqla yanaşı riskləri də düzgün tənzimləməlidirlər. Əks halda bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Bu üsullar içində ən geniş yayılanlardan zaminlik tələbini qeyd edə bilərik. Bankların girovsuz  təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbi araşdırılıb. Araşdırma onu deməyə əsas verir ki, banklar əsasən kredit məbləğinə və müddətinə, müştərilərin rəsmi gəlirlərinə və kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər. Bəzi banklarda isə bu tələb fərdi olaraq, komitə qərarı əsasında müəyyən edilir.

Aşağıdakı cədvəldə bankların nağd istehlak kreditləri üzrə təklif etdikləri maksimum məbləğ və bu məbləğin hansı hissəsinin zaminsiz rəsmiləşdirilməsi ilə bağlı şərtlərlə ətraflı tanış ola bilərsiniz.


 

BankMaksimum kredit məbləğiZaminlik şərtləri
AccessBank20 000 AZNFərdi baxılır.
AFB Bank10 000 AZN5 000-dək – bir fiziki və ya bir hüquqi şəxsin zaminliyi

5 001-10 000-dək – iki fiziki və ya bir hüquqi şəxsin zaminliyi

Amrahbank10 000 AZNKreditin məbləği 3000 AZN dən yuxarı olduqda zamin tələb edilir
AtaBank5 000 AZNBütün hallarda 1 nəfər rəsmi gəliri olan fiziki şəxsin zaminliyi tələb edilir
Azer-Turk Bank20 000 AZNMüştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:
  • 600 AZN-dək olarsa  – 3000 AZN zaminsiz
  • 601 – 1500 AZN olarsa – 5000 AZN zaminsiz
  • 1500 AZN-dən çox olarsa   – 10 000 AZN zaminsiz
Bank BTB10 000 AZNKreditin məbləği 3000 AZN dən yuxarı olduqda zamin tələb edilir
Bank of Baku20 000 AZNMüştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:
  • 500 AZN-dək olarsa  – 3000 AZN zaminsiz
  • 501 – 1000 AZN olarsa – 5000 AZN zaminsiz
  • 1001 – 2500 AZN olarsa – 7000 AZN zaminsiz
  • 2500 AZN-dən çox olarsa   – 15 000 AZN zaminsiz
Bank VTB10000 AZNKreditin məbləği 3500 AZN dən yuxarı olduqda zamin tələb edilir
Bank Respublika10 000 AZNMüştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:
  • 400 AZN-dək olarsa  – 1 000 AZN zaminsiz
  • 401 – 1000 AZN olarsa – 2 000 AZN zaminsiz
  • 1001 – 2000 AZN olarsa – 3 000 AZN zaminsiz
  • 2000 AZN-dən çox olarsa   – 5 000 AZN zaminsiz
Expressbank20 000 AZNKreditin məbləği 5000 AZN dən yuxarı olduqda zamin tələb edilir
Kapital Bank20 000 AZNZaminlik tələbi yalnız hərbiçilər üzrə mövcuddur:
  • Mayor və daha yuxarı rütbəli zabitlərə –  zaminsiz;
  • Kapitan rütbəli zabitlərə – 10 000 AZN-ə qədər zaminsiz.
  • Baş Leytnant rütbəli zabitlərə – 5000 AZN-ə qədər zaminsiz.
  • Leytnant rütbəli zabitlərə  – 3000 AZN zaminsiz
  • Digər hallarda – Zamin tələb edilir.
NBC Bank10 000 AZNFərdi baxılır.
Nikoil Bank30 000 AZNKreditin məbləği 7500 AZN dən yuxarı olduqda zamin tələb edilir
Rabitabank10 000 AZN
  • Müştərinin əmək haqqı kartı Rabitəbanka məxsus olarsa – 3000 AZN zaminsiz
  • Digər hallarda – 2000 AZN zaminsiz
TuranBank10 000 AZNKreditin məbləği 1000 AZN dən yuxarı olduqda zamin tələb edilir
Unibank20 000 AZNKreditin məbləği 15 000 AZN dən yuxarı olduqda zamin tələb edilir
YapiKrediBank10 000 AZNFərdi baxılır.
ən çox kredit verən banklar
zaminsiz kredit verən banklar
kredit götürməyin şərtləri
bankların siyahısı
ən sərfəli bank
Loading...
close
close