6654dbe8bb5fd202405241552

Emin Ağalarov Alyona ilə ikinci dəfə evləndi

Xalq artisti Emin Ağalarov rusiyalı model, keçmiş həyat yoldaşı Alyona Qavrilova yenidən evlənib. 


Axşam.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, Emin mayın 26-da Alyona ilə Moskvanın qeydiyyat idarələrindən birində nikah masasına əyləşib.


Cütlük restoranların birində dostları ilə birgə kiçik məclis təşkil edib. Onlar qonaqlardan gecədən olan fotoları sosial mediada paylaşmamağı xahiş ediblər. 


Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. İkilinin daha sonra boşandığı bildirilib. Onların Afina adlı bir qızı var.