Əməkdar və Xalq artistləri görün dövlətdən nə qədər təqaüd alırmış - Təəccüblü məbləğ - FOTO

  • Maraqlı
  • 12 Noyabr 2025
68794eccc44dc202507252812

Azərbaycanda xalq və əməkdar fəxri adlarına görə aylıq təqaüdlərin məbləği bu il Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə artırıldı. 

Artıq xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı adını daşıyan şəxslər hər ay 300 manat təqaüd alacaqlar. Qeyd edək ki, əvvəllər bu məbləğ 200 manat idi.

Bununla yanaşı, digər fəxri ad sahiblərinin – əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar müəllim, əməkdar həkim, əməkdar mühəndis, əməkdar memar, əməkdar dövlət qulluqçusu və digər titulların sahiblərinin aylıq təqaüdləri də artırılıb. Onların təqaüdü 150 manatdan 200 manata yüksəlib.

Oxşar xəbərlər