Əməkdar artist ilə bağlı üzücü xəbər

  • Gündəm
  • 14 Noyabr 2025
69174f957093a202511254941

Atamın vəziyyəti yaxşı deyil. Bir neçə gündür Milli Onkologiya Mərkəzinə köçürülüb.

Kanal.az xəbər verir ki, bu sözləri Teleqraf-a əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

"Boğazındakı şişlər nəfəs borusunu sıxır və beyinə gedən arterial böyük damarı təzyiq altında saxlayır. Bu səbəbdən beyin yarımkürələrində qan sızmaları yaranıb. Hazırda reanimasiyadadır. Biz əməliyyat etdirmək istəyirik, amma həkimlər bu vəziyyətdə əməliyyat aparmağa risk etmirlər", - Yaşar Muradov əlavə edib.

Qeyd edək ki, Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Oxşar xəbərlər